Nayib Bukele

Nayib Armando Bukele Ortes
isp. Nayib Armando Bukele Ortez
Salvador Respublikasının Prezidenti
1 iyun 2019 – h.h
ƏvvəlkiSalvador Sançes Seren
San Salvadorun bələdiyyə sədri
1 may 2015 – 30 aprel 2018
ƏvvəlkiNorman Kixano
SonrakıErnest Muyşondt
Nuevo-Kuskatlanın bələdiyyə sədri
1 may 2012 – 30 aprel 2015
ƏvvəlkiAlvaro Rodriges
SonrakıMişel Sol
Şəxsi məlumatlar
Doğum adı Nayib Armando Bukele Ortez[1]
Doğum tarixi
Doğum yeri San Salvador, Salvador
Fəaliyyəti siyasətçi, iş adamı, influenser
Həyat yoldaşı Qabriela Rodriges de Bukele (2014–h.h)
Uşağı Leyla Bukele
Dini monoteizm
Elmi fəaliyyəti
Elm sahəsi sosial media, siyasət, müəssisə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981[2], San Salvador[3]) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı.

Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir.

Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" SalvadorKolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu. Ardıcıl yüksək vəzifələr tutmuş azsaylı dünya liderlərindən biridir.

  1. https://www.presidencia.gob.sv/presidente-de-la-republica/.
  2. Nayib Bukele // Brockhauz Ensiklopediyası (alm.).
  3. https://cnnespanol.cnn.com/2019/01/22/quien-es-nayib-bukele-el-candidato-presidencial-lider-en-la-contienda-de-el-salvador/.

Developed by StudentB